Tayvanlı Çinq-Kuo Vu yenidən 4 il müddətinə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti seçilib. Apasport.az saytının məlumatına görə, bu haqda qərar Koreyanın Jeju adasında keçirilən konqresində qəbul olunub.
Yığıncaqda iştirak edən 196 federasiyadan 98-i hazırkı prezident Vunun lehinə səs verib. O, bununla da 3-cü dəfə bu posta yiyələnib.
Vu 2006-cı ildən AİBA-ya rəhbərlik edir. O, bu vəzifədə 20 il çalışmış pakistanlı Ənvər Çoudrini əvəzləyib.
Qeyd edək ki, konqresdə AİBA İcraiyyə Komitəsinin də yeni tərkibi müəyyən olunacaq.