20:32 14-11-2014
news_image
592
DİGƏR NÖVLƏR

Erməni samboçuları Bakıya gəlir

Ermənistan samboçuları gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcəklər. Apapsort.az saytının məlumatına görə, bu haqda Ermənistan mətbuatı xəbər verib.

 

Belə ki, bu məsələ sözügedən ölkənin sambo federasiyasının noyabrın 11-də keçirilmiş iclasında müzakirə olunub. İclasda qərara alınıb ki, kişilər arasında 57, 90 və qadınlar arasında 52 kiloqram çəki dərəcəsində ən güclüləri müəyyənləşdirmək üçün yarış təşkil ediləcək.

 

Qeyd edək ki, erməni samboçulara Bakı-2015-də ən az iki medal qazanmaq tapşırılıb.