19:25 15-11-2014
news_image
963
TOP OYUNLARI

“Lokomotiv” liderliyi ələ keçirdi, "Azərreyl" yenə uduzdu

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, lider “Rabitə”nin istirahət etdiyi gündə turnir cədvəlinin ilk pilləsində dəyişiklik olub.

 

Belə ki, rəqibindən 1 oyun çox keçirən “Lokomotiv” zirvəni müvəqqəti də olsa ələ keçirməyi bacarıb. Yeni mövsümdə hələ məğlub olmayan “dəmiryolçular” “Telekom” səddini adlayıb.

 

İlk setdə 25:20 hesabı ilə qələbə qazanan “Lokomotiv” ikinci hissəni uduzub - 21:25. Daha sonra “dəmiryolçular” hər iki setdə də qalib ayrılmağı bacarıb - 3:1.

 

Turun digər matçında isə “Azəryol”la “Azərreyl” münasibətinə aydınlıq gətirib. Aleksandr Çervyakovun yetirmələri aşkar favorit olduğu matçda görüşü itkisiz başa vurub.

 

Düzdü, “Azərreyl” ilk setdə ciddi müqavimət göstərməyi bacarıb. Amma yekunda daha güclü olan “Azəryol” hissəni öndə bitirib. Ardınca daha inamlı çıxış edən komanda "quru hesabla" qələbə qazanmaqda çətinlik çəkməyib.

 

 

 

 

15 noyabr

III tur

“Lokomotiv” – “Telekom” - 3:1 (25:20; 21:25; 25:18; 25:19)

Voleybol Mərkəzi

 

“Azəryol” – “Azərreyl” - 3:0 (26:24; 25:20; 25:16)

Voleybol Mərkəzi

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Lokomotiv

3

3

0

0

2

1

0

0

0

9-4

317-283

8

2.

Rabitə

2

2

0

2

0

0

0

0

0

6-0

151-118

6

3.

Azəryol

2

1

1

1

0

0

1

0

0

5-3

186-174

4

4.

Telekom

2

0

2

0

0

0

0

1

1

1-6

136-172

0

5.

Azərreyl

3

0

3

0

0

0

0

2

1

1-9

214-248

0