19:28 16-11-2014
news_image

Süleyman Mikayılov yenidən AİBA İcraiyyə Komitəsinin üzvü seçilib - FOTO

Koreyanın Jeju şəhərində AİBA-nın növbəti Konqresi keçirilib. Apasport.az saytının məlumatına görə, seçkiyə alternativsiz gedən doktor Çinq Ko Vu qarşıdakı 4 ildə də beynəlxalq federasiyaya rəhbərlik edəcək.

 

Vu artıq üçüncü dəfədir  AİBA prezidenti seçkilərində qalib gəlir.

 

Bundan başqa, AİBA-nın yeni vitse-prezidentləri də məlum olub. Afrika qitəsi üzrə Kelani Bayor, Amerikadan Osvaldo Bisbal, Asiyadan Serik Konakbayev, Avropadan Franko Falçinelli və Okeaniyadan isə Ted Tanner vitse-prezident seçilib.

 

Qeyd edək ki, Konakbayev bu postda özbəkistanlı Qafur Rəhimovu əvəzləyib. Rəhimov isə bundan sonra WSB liqası üzrə vitse-prezident kimi fəaliyyət göstərəcək. Timur Kulibayev AİBA Pro Boxinq, Di Vu isə marketinq üzrə vitse-prezident postunda çalıçacaq.

 

Konqressdə həm də AİBA İcraiyyə Komitəsinə də yeni seçkilər keçirilib. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov növbəti 4 ildə də ölkəmizi İcraiyyə Komitəsində təmsil edəcək. Həmçinin, Mikayılova boksun inkişafındakı xidmətlərinə görə AİBA tərəfindən xüsusi mükafat da təqdim olunub.