09:01 17-11-2014
news_image
586
TOP OYUNLARI

Hücumçumuz oynamadı, komandası məğlub oldu

Qadın voleybolçular arasında Polşa Orlen Liqasında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Atom” “Aluprof”un qonağı olub.

 

Qarşılaşma təmsilçimiz üçün uğurlu alınmayıb. Ağayevanın meydana çıxmadığı görüşdə komandası mövsümün ilk məğlubiyyətini alıb – 2:3 (16:25; 25:21; 25:19; 24:26; 6:15).

 

“Atom”dan fərqli, Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan “Ximik” qələbələrini sıralamaqda davam edir. Şetsin təmsilçisi bu dəfə səfərdə “Lodz”a 3:2 (25:21; 25:23; 22:25; 19:25; 15:9) hesabı ilə qalib gəlib.