09:12 17-11-2014
news_image
497
TOP OYUNLARI

Millimizin oyunçusu “uğursuzluq zolağı”nda

Qadın voleybolçular arasında Türkiyə Superliqasında V turun matçlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin toppaylayıcısı Anita Bredisin formasını geyindiyi “Yeşilyurt” “Vakıfbank”la münasibətinə aydınlıq gətirib.

 

Təəssüf ki, təmsilçimizin komandası bu dəfə də məğlubiyyətdən qaça bilməyib. “Uğursuzluq zolağı”ndan çıxa bilməyən “Yeşilyurt” evdə 1:3 (6:25; 10:25; 25:21; 18:25) hesabı ilə uduzub. Bredis 3 dəqiq zərbə ilə yadda qalıb.

 

Superliqada “Azəryol”un Çempionlar Liqasındakı rəqibi “Fənərbaxça” isə azarkeşlərini yenə qələbə ilə sevindirib. “Sarı-lacivərdlilər” “Əczaçıbaşı”na 3:2 (25:21; 21:25; 23:25; 25:18; 15:13) hesabı ilə qalib gəlib.

 

5 turdan sonra “Fənərbaxça” 14 xalla birincidir. Həm qələbəyə, həm xala həsrət olan “Yeşilyurt” isə sonuncudur.