10:09 17-11-2014
news_image

Azərbaycan Avropa çempionatından 3 medalla qayıdır

Polşada keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 23 yaşadək idmançılar arasında keçirilən yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, Vrotslav şəhərində təşkil olunan yarışa 8 cüdoçu ilə yollanan millimiz 3 medala sahib olub. Komandamızın heyətində Uşanqi Kokauri (+100 kq) ikinci, Mehman Sadıqov (60 kq) və Hüseyn Rəhimli (73 kq) 3-cü yeri tutublar.

 

Yığmamız komanda hesabında 37 ölkə arasında 10-cu olub.