10:28 17-11-2014
news_image
442
TOP OYUNLARI

ABU 1/8 finalda!

Qadın həndbolçular ibarət Azərbaycanın ABU klubu “Çelenc Cup”ın 1/8 finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi buna Serbiyanın “Srvena Zvezda” komandasına qalib gəlməklə nail olub.

 

Belə ki, Belqradda baş tutan ilk oyunda rəqibini 31:29 hesabı ilə məğlub edən təmsilçimiz ardınca üstünlüyü əldən verməyib. Cavab görüşünə də səfərdə çıxan ABU bu dəfə heç-heçə edib – 23:23. Yığmamızın üzvü Marta Abbasova yenə komandasının ən məhsuldar oyunçusu olub. O, “Srvena Zvezda”nı 6 dəfə məyus edib.

 

Beləliklə, 2 görüşün nəticəsinə əsasən 54:52 hesabı ilə üstün olan ABU növbəti mərhələdə rəqiblərini gözləyir. Bütün 1/8 finalçıların adları isə noyabrın 24-də bəlli olacaq.