18:23 17-11-2014
news_image
462
DİGƏR NÖVLƏR

Şəmkirdə veloyürüş keçirilib - FOTO

Şəmkirdə Bakı Oxford məktəbinin yerli filialı və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə velotur keçirilib. Velosiped federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, yarış 12 noyabr - Konstitusiya günü və Oxford məktəbinin Şəmkir filialının yaradılmasının 5 illik yubileyinə həsr olunub.

 

Yarış başlamazdan öncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, həmçinin Oxford məktəbinin müəllim və şagird heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Ardınca velotura start verilib.

 

Kütləvi xarakter daşıyan yarışda Oxford məktəbinin şagirdləri mübarizə aparıblar. Nəticələrə gəlincə, Ayxan İslamzadə, Ülvi İsmayılov və Gülçin Yusifova öz qruplarında bütün rəqiblərindən güclü olublar.