09:08 18-11-2014
news_image

İkisi qalib gəldi, ikisi uduzdu

Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatınma görə, yarışın ikinci günündə milli komandamızın 4 üzvü rinqə çıxıb.

 

Onlardan ikisi – Yelena Vıstropova (69 kq) və Yana Alekseyeva (60 kq) qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıblar. Avropa çempionu Vıstropova İngiltərə boksçusu Steysi Kopelandı məğlub edib – 3:0. Milli komandamızın üzvü 1/8 finalda taypeyli Çhen Çia Çunla qarşılaşacaq.

 

Yana Alekseyeva isə ilk görüşdə Macarıstan təmsilçisi Vivien Tsombordan üstün olub – 3:0. Boksçumuz 1/16 finalda almaniyalı Taşena Buqarla üz-üzə gələcək.

 

Təssüff ki, Anaxanım Ağayeva (51 kq) və Məhsəti Həmzəyeva (57 kq) ilk mərhələ uduzaraq, dünya çempionatından kənarda qalıblar. Ağayeva taylandlı Sopida Satumruma, Həmzəyeva isə meksikalı Esquel Ledesmaya uduzub.

 

Bu gün 3 boksçumuz rinqə çıxacaq. Anna Əlimərdanova (54 kq) meksikalı Sosa Paredes Denia Karinayla, Əzizə Abbasova (48 kq) rusiyalı Zoya İsayevayla, Yana Alekseyeva isə almaniyalı Taşena Buqarla qarşılaşacaq.