15:58 18-11-2014
news_image

Azərbaycan millisi daha bir yarışdan imtina etdi

Cüdo üzrə Azərbaycan millisi daha bir yarışdan imtina edib. Apasport.az saytının məlumatına görə, yığmamız noyabrın 19-21-də Çinin Sindao şəhərində keçiriləcək Qran-pri turnirinə qatılmayacaq.

 

Bunun əsas səbəbi Azərbaycan çempionatıdır. Məşqçilər korpusu bu gün start götürən yarışda komandamızın bütün üzvlərinin iştirakını vacib sayıb. 3 gün davam edəcək ölkə çempionatının yekununa əsasən millimizdə yeni simalar da peyda ola bilər.

 

Qeyd edək ki, Qran-pridə iştirak üçün 31 ölkə sifariş ərizəsini təqdim edib.