17:58 18-11-2014
news_image
810
TOP OYUNLARI

“Azəryol”un voleybolçusundan iddialı açıqlama

“Azəryol”un voleybolçusu Lenka Dürr komandasının Azərbaycan Super Liqasında ilk qələbəsini şərh edib. Apasport.az saytının məlumatına görə, almaniyalı libero Bakı təmsilçisinin heyətində mövsümü uğurla başa vuracaqlarına əminlik ifadə edib.

 

O bildirib ki, II turda “Azərreyl” üzərində qələbənin ardını gətirmək üçün növbəti görüşlərdə də komandasına inanır: “Mövsümdə ilk qələbəmiz “Azərreyl”lə matça təsadüf etdi. Onlara 3:0 hesabı ilə qalib gəldik. Uğurlu seriyanı davam etdirmək üçün növbəti turda - “Telekom”la oyunda da 3 xal əldə etməliyik”.

 

Qeyd edək ki, “Azəryol” – “Telekom” matçı noyabrın 22-də olacaq.