10:50 19-11-2014
news_image
657
TOP OYUNLARI

İtaliya çempionu yığmamızın oyunçusunu üzdü - FOTO

Qadın voleybolçular arasında İtaliya A seriyasında III turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu “Forli” ölkə çempionu “Pyaçentsa”nın qonağı olub.

 

Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz olub. “Pyaçentsa” rəqibini 3:1 (25:21; 20:25; 25:13; 25:18) hesabı ilə məğlub edib. Nazarenko oyunda 4 xal toplayıb.

 

Qeyd edək ki, “Forli” bu məğlubiyyətdən sonra 8-ci yerə enib. Onların aktivində 3 xalları var.