15:01 19-11-2014
news_image
527
TOP OYUNLARI

Yığmamızın oyunçusundan liderə 39 zərbə

Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Hyundai” VII tur çərçivəsində “İBK Altos”un qonağı olub.

 

Qarşılaşma ilk dövrədə olduğu kimi təmsilçimizin komandasının qələbəsi ilə başa çatıb. Lakin evdə “İBK Altos”a 3:1 hesabı ilə qalib gələn “Hyundai” bu dəfə 3:2 (25:15; 22:25; 8:25; 25:11; 15:12) hesablı qələbəyə sevinib. Rəhimova matçda 39 xal toplayıb. Bunlardan 30-unu hücumda qazanan Polina 4 dəfə blokda, 5 dəfə eysdə dəqiqlik nümayiş etdirib.

 

Qeyd edək ki, turnir cədvəlinə 15 xala malik “İBK Altos” başçılıq edir. Onlardan 1 oyun az keçirib, 13 xal toplayan “Hyundai” isə ikincidir.