18:52 19-11-2014
news_image
482
DİGƏR NÖVLƏR

AVİF "Qafqaz Universiteti" ilə müqavilə imzaladı

Bu gün Azərbaycan Velosiped İdmanı Federasiyası və "Qafqaz Universiteti" arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Apasport.az saytının məlumatına görə, müqaviləyə federasiyanın baş katibi Fərhad Əliyev və ali təhsil ocağının rektoru, professor Ahmet Saniç imza atıblar.

 

Müqavilə şərtlərinə əsasən, tərəflər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 7 iyul, 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq, ali təhsil ocağında velosiped idmanının təbliği və inkişaf etdirilməsi barədə razılığa gəliblər. Belə ki, ən yaxın zamanda "Qafqaz Universiteti"ndə velosiped klubu yaradılacaq, həmçinin universitet ərazisində xüsusi velosiped yolu salınacaq.

 

Federasiya isə öz növbəsində klub üzvlərinin velosiped idman növünün sirrlərinə yiyələnməsinə və ustalıq səviyyəsinin artırılmasına yardım edəcək, həmçinin maddi-texniki bazanın yaradılmasına dəstək verəcək. Müqavilə 5 il müddətinə nəzərdə tutulub. İmzalanma mərasimindən sonra federasiya nümayəndələri ali təhsil ocağı ilə yaxından tanış olublar.