18:49 20-11-2014
news_image
580
TOP OYUNLARI

Azərbaycan çempionu üçün zirvə savaşı

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq turun 2 oyunu 2 günə keçiriləcək.

 

Belə ki, öncə “Lokomotiv” və “Rabitə” voleybolçuları münasibətlərinə aydınlıq gətirəcəklər. Turun mərkəzi görüşündə son Azərbaycan çempionları favoritdilər. İlk 2 görüşdə qələbə qazanan və 1 setdə belə uduzmayan Dejan Brdjoviçin yetirmələrinin “dəmiryolçular” qarşısında büdrəyəcəyi inandırıcı görünmür.

 

Lakin matçın liderlik “savaşı” olduğunu nəzərə alsaq, “Lokomotiv”in də ciddi müqavimət göstərəcəyi proqnozlaşdırılır. “Rabitə”dən bir oyun çox keçirərək, turnir cədvəlinə başçılıq edən Teon Buijsin yetirmələri uğurlarını davam etdirmək arzusundadılar. Amma bu onlara heç də asan başa gəlməyəcək.

 

Bu qarşılaşmadan bir gün sonra “Azəryol” – “Telekom” oyunu təşkil olunacaq. Aleksandr Çervyakovun komandasının növbəti 3 xalı qazanacağı istisna deyil. İlk turda “Lokomotiv”ə uduzan “Azəryol” növbəti görüşlərdə bunu sığortalamağı planlaşdırır. Onlar xal itirəcəkləri halda sonradan bunun acısını çəkə bilərlər.

 

Gənclərdən qurulan “Telekom” da ilk qələbəsini qazanmaq iddiasındadı. “Rabitə” ilə Azərbaycan çempionu olan Eldar Yusubovun komandası ən azı aktivinə 1 xal yazmağa çalışacaq.

 

Qeyd edək ki, bu tur “Azərreyl” istirahət edəcək.

 

 

 

21 noyabr

IV tur

16:00. “Lokomotiv” – “Rabitə”

Voleybol Mərkəzi

 

22 noyabr

18:00. “Azəryol” – “Telekom”

Voleybol Mərkəzi

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Lokomotiv

3

3

0

0

2

1

0

0

0

9-4

317-283

8

2.

Rabitə

2

2

0

2

0

0

0

0

0

6-0

151-118

6

3.

Azəryol

2

1

1

1

0

0

1

0

0

5-3

186-174

4

4.

Telekom

2

0

2

0

0

0

0

1

1

1-6

136-172

0

5.

Azərreyl

3

0

3

0

0

0

0

2

1

1-9

214-248

0