09:08 21-11-2014
news_image
317
TOP OYUNLARI

Millimizin oyunçusu yenə üzüldü

Qadın voleybolçular arasında İtaliya A seriyasında IV turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu “Forli” “Savino”nun qonağı olub.

 

Görüş təmsilçimiz üçün uğursuz alınıb. Onun komandası bu dəfə də meydanı xalsız başa vurub – 0:3 (15:25; 20:25; 14:25). Nazarenko “Forli” 3 top qazandırıb.

 

Qeyd edək ki, turnir cədvəlində 10-cu yerə enib. Onların aktivində hələ də 3 xalı var.