09:43 21-11-2014
news_image
2683
TOP OYUNLARI

Azərbaycan millisi yeni baş məşqçi ilə müqavilə imzaladı - FOTOSESSİYA

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yığmamız türkiyəli mütəxəssis Bülənt Karslıoğluya etibar edilib.

 

Artıq tarixin yaddaşına qovuşan “İqtisadçı”nın sabiq baş məşqçisi 1 illik müqaviləyə imza atıb. Bu mərasimdə Azərbaycanı Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov təmsil edib.

 

Razılaşmaya əsasən, türkiyəli mütəxəssis tək əsas yığmaya rəhbərlik etməyəcək. O, həmçinin bütün yaş qrupları üzrə komandalarımızın çıxışına cavabdehlik daşıyacaq. Bir sözlə, Karslıoğlu kişilərdən ibarət yığmalarımızda direktor vəzifəsini də həyata keçirəcək.

 

Təcrübəli mütəxəssisin qarşısına əsas məqsəd kimi Bakıda keçiriləcək I Avropa Oyunlarında uğurlu çıxış tapşırığı qoyulub. O, bununla yanaşı, yeni gənc nəslin yetişməsinə, onların təcrübə toplamasına və əsas komandada ciddi rəqabətin yaranmasında öz köməkliyini göstərməlidir.

 

Karslıoğlu bu postda kubalı Sillie Tabares Leonardonu əvəzləyib.

 

Qeyd edək ki, türkiyəli mütəxəssisin yığmaya gətiriləcəyi xəbərini ilk olaraq, saytımız yayıb.