18:12 21-11-2014
news_image
1237
TOP OYUNLARI

"Lokomotiv" I dövrəni məğlubiyyətsiz bitirdi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış matçında “Lokomotiv” və “Rabitə” üz-üzə gəlib.

 

İlk 2 görüşü “quru hesablı” qələbə ilə başa vuran Dejan Brdjoviçin yetirmələri favoriti olduğu matçı məğlubiyyətlə başa vurublar. Onlar liderlik savaşında tay-brekdə uduzaraq, “Lokomotiv”in qələbə seriyasını qıra bilməyiblər.

 

Belə ki, turun mərkəzi görüşü Teon Buijsin komandasının üstünlüyü ilə başlayıb. Onlar bu üstünlüyü sonadək qoruyaraq, birinci seti 3 xal irəlidə bitiriblər.

 

Ardınca meydanda olduğu kimi komandalarında oyununda dəyişiklik olub. Bu dəfə “Rabitə” təşəbbüsə yiyələnərək, status-kvonu bərpa edib – 1:1.

 

Üçüncü hissədə “Lokomotiv” daha güclü təsir bağışlayıb. Setboyu hesabda öndə olan “dəmiryolçular” rəqibin irəli keçməsinə imkan verməyiblər. Azarkeşlərinin çılğın dəstəyini hiss edən komanda yenidən hesabda önə keçib – 2:1.

 

Bununla “Rabitə” 1 xal itirsə də, oyunun axarını dəyişməyə çalışıb. Brdjoviçin taktiki gedişləri yalnız IV hissədə köməklərinə gəlib. Onlar növbəti dəfə hesabı bərabərləşdirsələr də (2:2), bunun ardını gətirə bilməyiblər.

 

Düzdür, tay-brekdə də texniki fasiləyə kimi öndə olublar. Lakin “Lokomotiv” təcrübəli oyunçuların sayəsində matçın axarını öz xeyrinə dəyişib. Onlar 15:13 hesabı ilə qalib gələrək, 4-cü oyunlarını da qələbə ilə bitiriblər.

 

Beləliklə, rəqiblərindən 1 oyun çox keçirərək, I dövrədə uduzmayan “dəmiryolçular” turnir cədvəlində liderliyini qoruyublar. “Rabitə” ikinci, “Azəryol” üçüncü yerdədir. Bu 2 klubdan biri xal itirəcəyi halda, “Lokomotiv” ikinci dövrəyə də lider kimi başlayacaq.

 

Qeyd edək ki, turun digər “Azəryol” – “Telekom” oyunu sabah olacaq.  

 

21 noyabr

IV tur

“Lokomotiv” – “Rabitə” - 3:2 (25:22; 18:25; 25:23, 21:25, 15:13)

Voleybol Mərkəzi

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Lokomotiv

4

4

0

0

2

2

0

0

0

12-6

421-391

10

2.

Rabitə

3

2

1

2

0

0

1

0

0

8-3

259-222

7

3.

Azəryol

2

1

1

1

0

0

1

0

0

5-3

186-174

4

4.

Telekom

2

0

2

0

0

0

0

1

1

1-6

136-172

0

5.

Azərreyl

3

0

3

0

0

0

0

2

1

1-9

214-248

0