12:03 21-11-2014
news_image
1156
DÖYÜŞ NÖVLƏRİ

“Neftçi” klublararası Avropa çempionatına qatılacaq

Noyabrın 25-də Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa çempionatına start veriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan 2 gün davam edəcək G1 kateqoriyalı yarışa 7 komandanın idmançıları ilə qatılacaq.

 

Belə ki, Antalyada ölkəmizi DİN (6 idmançı), “Qəbələ” (3), “Gilan”  (7), “Gömrükçü” (7), “Neftçi” (15), “Savalan” (6) və “Sumqayıt” TİM-dən (9) ümumilikdə 53 taekvondoçu təmsil edəcək.

 

Avropa çempionatından 2 gün sonra - noyabrın 28-30-da Dünya Taekvondo Federasiyası (DTF) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfində təşkil ediləcək G1 kateqoriyalı “Turkish Open”də isə Azərbaycan millisi mübarizə aparacaq. Komandamızın heyətinə “Neftçi” və “Gilan”da olan idmançılar daxil ediləcəklər. Burada məşqçi və idmançı sayının 38 olacağı bildirilir.

 

Qeyd edək ki, noyabrın 23-də Türkiyəyə yollanacaq heyətə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev və baş katib Həmid Məmmədov rəhbərlik edəcəklər. Yarışlarda ədaləti qoruyanlar arasında hakimlərimiz Elşən Quliyevlə Elşad Məmmədov da olacaq.