21:46 21-11-2014
news_image
1125
DÖYÜŞ NÖVLƏRİ

Putinə 8-ci dan qara kəmər verildi

Rusiya prezidenti Vladimir Putinə Kekusin-kan karate növü üzrə 8-ci dan qara kəmər verilib. Apasport.az saytının məlumatına görə, bu haqda beynəlxalq təşkilatın rəhbəri Xatsuo Royama Putinə məktub göndərib.

 

O, bu idman növünün inkişafına töhfə verdiyi üçün Rusiya prezidentinə təşəkkür edib. Putinə 8-ci dan qara kəməri bu ilin dekabrında Moskvada təqdim olunacağı güzlənilir.

 

Qeyd edək ki, Kekusin-kan karate növü üzrə usta olan Xatsuo Royama 2001-ci ildə Vladimir Putinə Kekusin-kan karate növü üzrə 5-ci dan verib. 2009-cu ildə onu 7-ci danla əvəzləyiblər.

 

Cüdo və sambo üzrə idman ustası olan Rusiya prezidenti 2006-cı ildən Avropa Cüdo Federasiyasının fəxri prezidentidi.