09:19 24-11-2014
news_image
379
TOP OYUNLARI

Yığmamızın oyunçusundan komandasına “2”

Qadın voleybolçular arasında İtaliya A seriyasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu “Forli” “Kasalmaggiore”ni qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandası üçün yenə uğursuz alınıb. Onlar bu dəfə də 1 xal belə qazana bilməyiblər – 0:3 (24:26; 14:25; 22:25). Nazarenko matçda 2 dəqiq zərbə ilə fərqlənib.

 

Qeyd edək ki, “Forli” bu məğlubiyyətdən sonra 10-cu yerə enib. Onların aktivində cəmi 3 xalı var.