09:53 24-11-2014
news_image
408
TOP OYUNLARI

“Dinamo” Bakıya qələbə ilə gəlir

Qadın voleybolçular arasında Rusiya Superliqasında IV turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Rabitə”nin Çempionlar Liqasında rəqibi olan Kazan “Dinamo”su “Proton”un qonağı olub.

 

Qarşılaşma Tatarıstan təmsilçisinin qələbəsi ilə başa çatıb. Onlar rəqiblərinə 3:1 (25:18; 24:26; 25:17; 25:14) hesabı ilə qalib gəliblər.

 

Bu qələbədən sonra aktivində 10 xalı olan “Dinamo” üçüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Kazan klubu növbəti oyununu “Rabitə”yə qarşı keçirəcək. Onlar Azərbaycan çempionu ilə noyabrın 26-da Bakıda üz-üzə gələcəklər.