10:17 24-11-2014
news_image
434
TOP OYUNLARI

“Vakıfbank” “Azəryol”a qələbə qazanmağın yolunu göstərdi

Qadın voleybolçular arasında Türkiyə Superliqasında VI turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Fənərbaxça” “Vakıfbank”ın qonağı olub.

 

Türkiyə derbisinin gərgin keçəcəyi gözlənilsə də, ev sahibləri rəqibindən güclü olduğunu göstərib. Onlar “sarı-lacivərdlilər”ə 3:1 (25:19; 22:25; 25:12; 25:22) hesabı ilə qalib gəliblər.

 

VI turda Azərbaycan millisinin toppaylayıcısı Anita Bredisin şərəfini qoruduğu “Yeşilyurt” isə növbəti məğlubiyyəti ilə üzləşib. Onlar səfərdə “İlbank”a 0:3 (20:25; 15:25; 20:25) hesabı ilə uduzublar. Bredis görüşdə 1 xal toplayıb.

 

Bu turdan sonra aktivində 14 xalı olan “Fənərbaxça” liderliyi “Vakıfbank”a təhvil verərək, onlardan 2 xal geri düşüb. Hələ xal qazana bilməyən “Yeşilyurt” isə sonuncudur.

 

Qeyd edək ki, Çempionlar Liqasında “Azəryol”un rəqibi olan “Fənərbaxça” növbəti görüşündə Bakı klubunu qəbul edəcək. Qarşılaşma noyabrın 26-da İstanbulda baş tutacaq.