11:19 24-11-2014
news_image
548
STOLÜSTÜ OYUNLAR

Şahmat tacını qaytarmadı

Norveçli Maqnus Karlsen şahmat tacını özündə saxlayıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı qrossmeyster dünya çempionluğu uğrunda matçda növbəti dəfə hindistanlı Vişvanatan Ananddan güclü olub.

 

Belə ki, 11 oyunda növbəti qələbəsini qazanan Karlsen ümumi hesabda 6,5:4,5 hesabı ilə önə keçib. Bu isə onun ikinci dəfə dünya çempionluğunu bayram etməsi ilə nəticələnib.

 

Qeyd edək ki, norveçli şahmatçı dünya reytinq cədvəlində də birincidir.