15:06 24-11-2014
news_image
442
TOP OYUNLARI

Yığmamız bir pillə gerilədi

Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın son cədvəlində Azərbaycan millisi daha bir pillə geriləyib.

 

Belə ki, ötən həftə planetin 11-cisi olan komandamız artıq bu mövqeyini də əldən verib. Hesabında 1391 xal olan yığmamız son bir neçə ay ərzində ikinci dəfə geriləməklə 12-ci yerə enib. Buna Kolumbiyanın 4 pilləlik irəliləyişi səbəb olub. Cənubi amerikalılar 13-cü yerdən 9-cuya sıçrayıb.

 

Ümumilikdə isə reytinq siyahısında dünyanın 151 yığması yer alıb. Yığmamızın AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən Ukrayna 8-ci, Belçika 28-cidi. Komandamızın 4-cü rəqibi olmağa iddiaçılardan Yunanıstan 52-ci, Danimarka 60-cı, Bolqarıstan 79-cudusa, Cəbəllütariq əsas siyahıya düşən 96 yığma arasında yer almayıb.

 

İlk “12-lik”

1. İspaniya - 1915

2. Braziliya - 1910

3. İtaliya - 1748

4. Rusiya – 1743

5. Argentina – 1684

6. Portuqaliya - 1620

7. İran - 1584

8. Ukrayna – 1472

9. Kolumbiya - 1415

10-11. Çexiya - 1399

10-11. Yaponiya - 1399

12. AZƏRBAYCAN – 1391