09:47 25-11-2014
news_image
1025
STOLÜSTÜ OYUNLAR

Qədir Hüseynov və Ülviyyə Fətəliyeva Şarjdan çempion kimi qayıdır - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində qadın və kişilər arasında keçirilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, hər 2 yarışın qalibi adını Azərbaycan millisinin üzvləri qazanıblar.

 

Belə ki, 9 turun yekununa əsasən Ülviyyə Fətəliyeva (2252) bütün rəqiblərindən üstün olub. O, 8 xalla vahid lider olaraq, turnirin baş mükafatına yiyələnib. Yarışda mübarizə aparan Xəyalə Abdulla (2299) 6 xalla 4-cü, ondan 1 xal az yığan Nərmin Xələfova (2161) 6-cı yeri tutub.

 

Kişilərin mübarizəsində isə Qədir Hüseynov (2592) daha güclü olub. 9 oyundan 7 xal toplayan qrossmeysterimiz əlavə göstəricilərə görə çempion adını qazanıb. Digər həmyerlilərimizdən Eltac Səfərli (2628) 6,5 xalla 5-ci, Nicat Abasov (2509) 6 xalla 7-ci olub.