11:39 25-11-2014
news_image
433
TOP OYUNLARI

“Rabitə” üçün serbiyalı gəlir

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin II turunun hakimləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, noyabrın 26-da Bakıda keçiriləcək “Rabitə” – “Dinamo” (Kazan, Rusiya) matçında əsas referi funksiyasını İvan Lazareviç (Serbiya) həyata keçirəcək.

 

Saat 17:00-da “Sərhədçi” Olimpiya Mərkəzində start götürəcək matçda Dobromir Dobrev (Bolqarıstan) ikinci hakim olacaq.

 

Həmin gün İstanbulda Burhan Fələk Voleybol Salonunda keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Azəryol” (Azərbaycan) qarşılaşması Milan Labatsaya (Çexiya) həvalə edilib. Ona rusiyalı Andrey Zenoviç köməkli edəcək.

 

Qeyd edək ki, “Azəryol”un ikinci sınağı saat 21:00-da başlayacaq.