12:15 25-11-2014
news_image
1344
DİGƏR NÖVLƏR

Azərbaycan millisi üçün sarı və yaşıl - FOTO

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanın təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, talismanlardan biri parlaq sarı rəngli pişiyəbənzər siması olan canlıdır. O, özlüyündə Braziliya faunasını tərənnüm edir.

 

İkinci talisman palma yarpaqlarını xatırladan saçları olan yaşıl varlıqdır. Təşkilatçılar talismanları özlərinin əsas qazanc mənbəyinə çevirmək niyyətindədir. Onlar atribut və suvenir satışından 398 milyon dollar qazanmağı nəzərdə tutublar. Lakin bu 2 rəmzin hələ adı yoxdur. Onların adları səsvermə ilə müəyyənləşəcək.

 

Azərbaycan millisinin də qatılacağı yarışın talismanları üçün 3 variant var. Bunlar Oba və Ebo, Tiba-Tuki və Eskindim, həmçinin, Vinisius və Tom adlarıdır. Azarkeşlər də bu adlar arasında seçim etməlidirlər.

 

Seriallar və şouları ilə məşhur olan Braziliyada sarı və yaşıl talismanların iştirakı ilə xüsusi proqramın olması da nəzərdə tutulub.