18:48 25-11-2014
news_image
625
TOP OYUNLARI

“Rabitə” Avropanın ən güclüsünə qarşı, “Azəryol” üçün “Fənərbaxça” səddi

Sabah qadın voleybolçulardan ibarət Azərbaycan klubları Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlarına çıxacaqlar. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının qalibi “Rabitə” Bakıda, gümüş medalçısı “Azəryol” İstanbulda gücünü yoxlayacaq.

 

II turun hər 2 komandamız üçün gərgin keçəcəyi gözləniləndi. Ölkə çempionu “Rabitə” Çempionlar Liqasının qızıl medalçısı Kazan “Dinamo”sunu qəbul edəcək. Görüşdə aşkar favorit olmasa da, Bakı klubunun evdə oynaması üstünlüyüdü. Daima azarkeşlərinə qələbə bəxş edən və doğma divarlar arasında rəqiblərinə çətin anlar yaşadan komandadan uğurlu ənənəsini davam etdirəcəyini gözləməyə dəyər.

 

Dejan Brdjoviçin yetirmələri, həmçinin ilk turda “Ximik”ə məğlubiyyətin əvəzini şimal qonşularımızdan çıxmağa çalışacaqlar. Komandamızın bunu bacaracağına ümidlər də böyükdü. Çünki klubda müdafiənin dirəyi olan Brenda Kastillo “Rabitə”nin düşərgəsinə dönüb və onun Bakıda çempionluq qazanan “Dinamo”ya qarşı oynamasında problem görünmür.

 

“Azəryol” isə çətin İstanbul səfərinə yollanıb. Aleksandr Çervyakovun komandası son illər uğurlu çıxışı ilə diqqət çəkən “Fənərbaxça”nın qonağı olacaq. Görüşün Bakı klubu üçün çətin keçəcəyi proqnozlaşdırılsa da, təcrübəli oyunçulardan qurulan “Azəryol”un qələbə qazanması mümkündür. Çünki yeni mövsümdə Çempionlar Liqasında ən azı “Dördlər finalı”na kimi irəliləməyi hədəfləyən komanda qalib gəlməklə, turnir cədvəlində liderliyi də ələ alacaq.

 

Görüşün tay-brekə kimi uzanması da istisna olunmur. “Azəryol” üçün səfərdə qazanılacaq hər bir xal mərhələ adlamasına yardım edəcək.

 

Çempionlar Liqası

II tur

26 noyabr

A qrupu

17:00. “Rabitə” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya)

Hakimlər: İvan Lazareviç (Serbiya), Dobromir Dobrev (Bolqarıstan)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

 

20:30. “Agel” (Çexiya) – “Ximik” (Polşa)

 

 Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Ximik

1

1

0

1

0

0

0

0

0

3-0

75-59

3

2.

Dinamo Kazan

1

1

0

1

0

0

0

0

0

3-0

76-60

3

3.

Agel

1

0

1

0

0

0

0

0

1

0-3

60-76

0

4.

Rabitə

1

0

1

0

0

0

0

0

1

0-3

59-75

0

 

B qrupu

21:00. “Fənərbaxça” (Türkiyə) – “Azəryol” (Azərbaycan)

Hakimlər: Milan Labatsa (Çexiya), Andrey Zenoviç (Rusiya)

İstanbul, Burhan Fələk Voleybol Salonu

 

23:00. “Nant” (Fransa) – “Ştiinta” (Rumıniya)

 

 Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Fənərbaxça

1

1

0

1

0

0

0

0

0

3-0

75-50

3

2.

Azəryol

1

1

0

0

0

1

0

0

0

3-2

106-101

2

3.

Nant

1

0

1

0

0

0

1

0

0

2-3

106-101

1

4.

Ştiinta

1

0

1

0

0

0

0

0

1

0-3

50-75

0