22:57 26-11-2014
news_image
1339
TOP OYUNLARI

“Fənərbaxça” “Azəryol”dan güclü oldu - YENİLƏNİB

Bu gün qadın voleybolçulardan ibarət Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının gümüş medalçısı “Azəryol” II turun matçına İstanbulda çıxıb.

 

İlk turda Bakıda “Nant”a 3:2 hesabı ilə qalib gələn Aleksandr Çervyakovun yetirmələri son illər uğurlu çıxışı ilə diqqət çəkən “Fənərbaxça”nın qonağı olub.

 

“Burhan Fələk” voleybol salonunda keçirilən matçda meydan sahibləri qalib gəlməyi bacarıb. Ard-arda iki seti uduzan (25:21; 25:20) “Azəryol” yalnız 3-cü hissəni öz xeyrinə tamamlayıb - 19:25.

 

Lakin “sarı-lacivərdlilər” son setdə komandamıza heç bir şans verməyib. Bu dəfəki set daha fərqli olub - 25:16.

 

Beləliklə, “Azəryol”u 3:1 hesabı ilə məğlub edən “Fənərbaxça” turnir cədvəlində liderliyini bir qədər də yaxşılaşdırıb.  

 

Qeyd edək ki, B qrupunun digər oyununda “Nant” Rumıniyanın “Ştiinta” klubu ilə qarşılaşacaq.

 

Çempionlar Liqası

II tur

26 noyabr

B qrupu

“Fənərbaxça” (Türkiyə) – “Azəryol” (Azərbaycan) - 3:1 (25:21; 25:20; 19:25; 25:16)

Hakimlər: Milan Labatsa (Çexiya), Andrey Zenoviç (Rusiya)

İstanbul, Burhan Fələk Voleybol Salonu

 

 

 Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Fənərbaxça

2

2

0

1

1

0

0

0

0

6-1

169-132

6

2.

Azəryol

2

1

1

0

0

1

0

1

0

4-5

188-195

2

3.

Nant

1

0

1

0

0

0

1

0

0

2-3

106-101

1

4.

Ştiinta

1

0

1

0

0

0

0

0

1

0-3

50-75

0