11:36 26-11-2014
news_image
379
TOP OYUNLARI

“Rabitə”nin kapitanı: Fanatlarımızı qələbə ilə sevindirməliyik

“Biz inanırıq ki, “Dinamo” ilə oyunda yaxşı nəticə göstərəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Aurea Kruz deyib.

 

Bakı klubunun kapitanı Çempionlar Liqasının II turunda Kazan “Dinamo”su ilə oyun öncəsi fikirlərini açıqlayıb. Az öncə Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi çempionatının gümüş medalını qazanan puerto-rikalı bildirib ki, mövsümün startı olduğundan uğurlu oyunlar seriyası hələ qarşıdadır: “Matça yaxşı motivasiya olmalıyıq və fanatlarımızı qələbə ilə sevindirməliyik. Məqsədimiz Azərbaycan Super Liqasındakı və Çempionlar Liqasının ilk turunda “Ximik”lə oyundakı məğlubiyyəti unutdurmaqdır”.

 

Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək “Rabitə” – “Dinamo” oyunu saat 17:00-da başlayacaq.