12:01 26-11-2014
news_image
388
TOP OYUNLARI

Moskvada Tofiq Bəhramovun xatirəsinə həsr olunan turnir keçiriləcək

Azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunan turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, DÇ-1966-nın final oyununun yan xətt hakimi olmuş əfsanəvi ədalət təmsilçisinin yad edəcəyi turnir Moskvada baş tutacaq.

 

Dekabrın 13-də keçiriləcək mini futbol turnirinə “Dinamo” idman sarayı ev sahibliyi edəcək. Turnirdə müxtəlif qurumları təmsil edən 12 komanda iştirak edəcək.