12:20 26-11-2014
news_image
659
TOP OYUNLARI

Aleksandr Çervyakov: İddiamizi ortaya qoymalıyıq

“Bu görüş hər 2 komanda üçün çox vacibdir. Bizim kimi “Fənərbaxça” da ilk matçda qələbə qazandığından növbəti qalibiyyət üçün daha yaxşı motivasiya olacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol” voleybol klubunun baş məşqçisi Aleksandr Çervyakov deyib.

 

Təcrübəli çalışdırıcı Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində qarşılaşacaqları “Fənərbaxça” ilə oyunu dəyərləndirib. O bildirib ki, komandasının İstanbulda inamlı çıxışına inanır və məqsədləri rəqiblərini qabaqlamaqdır: “Qələbə qazanaraq, qrupda lider olmaq istəyirik. Bunun üçün İstanbulda yaxşı oyun göstərməyi hədəfləmişik. Həm də qələbə ilə növbəti mərhələyə yüksəlmək iddiamızı ortaya qoymalıyıq. Görüş hansı klubun güclü olduğu üzə çıxacaq”.

 

Qeyd edək ki, ilk turdan sonra “Fənərbaxça” 3, “Azəryol” 2 xala malikdir. Bu dəfə qalib gələcək komanda turnir cədvəlində ilk pilləyə yüksələcək.