13:14 26-11-2014
news_image
731
TOP OYUNLARI

“Srvena Zvezda” dekabrda Bakıya gələ bilər

Bakının “Lokomotiv” voleybol klubunun CEV kubokunda potensial rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 1/16 final mərhələsində “Rote Raben” (Almaniya) səddini aşarlarsa, Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaqlar.

 

Belə ki, Belqrad təmsilçisi artıq adını 1/8 finala yazdırıb. Serblər buna Sloveniyanın “Kalsit” klubunu hər 2 matçda məğlub etməklə nail olublar. Səfərdə keçirilən ilk matçda rəqibinə 3:0 (25:16; 25:14; 25:16) hesabı ilə qalib gələn “Srvena Zvezda” doğma divarlar arasında 3:1 (25:21; 25:11; 17:25; 25:22) hesablı qələbəyə sevinib.

 

Komandamız serblərə rəqib olarsa, ilk görüşünü dekabrın 9-11-də səfərdə keçirəcək. CEV kubokunun 1/8 final mərhələsinin cavab görüşləri isə 1 həftə sonraya təsadüf edəcək.

 

Qeyd edək ki, ilk matçda “Rote Raben”ə səfərdə 3:0 hesabı ilə qalib gələn “Lokomotiv” ikinci qarşılaşmasına bu gün Bakıda çıxacaq.