16:26 26-11-2014
news_image
642
TOP OYUNLARI

Yığmamızın hücumçusundan növbəti qələbə

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçumuzun şərəfini qoruduğu “Hyundai” IX tur çərçivəsində “Huenqkuk”un qonağı olub.

 

Evdə rəqibini 3:1 hesabı ilə məğlub edən Rəhimovanın komandası səfərdə çətinliklə üzləşib. Lakin onlar buna baxmayaraq, gərgin matçdan qələbə ilə ayrılmağı bacarıblar – 3:2 (25:23; 25:13; 22:25; 29:31; 15:12).

 

Polina qarşılaşmada 43 xal toplayıb. O, bunlardan 38-ini hücumda, 3-ünü servisdə və 2-sini blokda qazanıb.

 

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 17-yə çatdıran “Hyundai” liderliyini qoruyub. Onlar növbəti görüşdə EX klubu ilə üz-üzə gələcəklər. Qarşılaşma dekabrın 3-nə təsadüf edəcək.