12:02 27-11-2014
news_image

Taekvondoçularımız Antalyada 14 medal qazanıblar

Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən klublararası Avropa çempionatı başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan idmançıları 2-ci dəfə keçirilən G1 kateqoriyalı yarışda 5 qızıl, 3 gümüş və 6 bürünc medal qazanıblar.

 

Çempionata 7 komanda ilə qatılan klublarımızın heyətində Zəlimxan Rəsulov (63 kq, Neftçi İSM), Kamil Adbulrazakov (59 kq, Savalan), İlham Əliyev (45 kq, Sumqayıt TİM), İlayda Kardelen (44 kq) və  Gülhanım Yeşildal (55 kq, hər ikisi Gilan) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Həmyerlilərimizdən yalnız finalda uduzan Radik İsayev (87 kq, Gilan), Təhminə Hüseynli (44 kq, Sumqayıt TİM) və Məmmədəli Quliyev (55 kq, Neftçi İSM) gümüş medalla kifayətləniblər. Rəvan Hüseynov (48 kq), Rafaella Hüseynova (59 kq, hər ikisi Sumqayıt TİM), Minayə Əkbərova (33 kq), Əli İsazadə (45 kq, hər ikisi Gömrükçü), Məhəmmədyasin İbrahimov (58 kq) və Patimat Abakarova (49 kq, hər ikisi Savalan) isə 3-cü yeri tutublar.

 

Bu nəticələrə əsasən klublar arasında kişilərin mübarizəsində “Neftçi” İSM, qadınların yarışında “Gilan” 2-ci, “Sumqayıt” TİM isə ilk “üçlüyü” tamamlayıb.

 

Qeyd edək ki, ölkəmiz yarışa ümumilikdə 53 taekvondoçu ilə qatılmışdı.