12:41 27-11-2014
news_image
1467
TOP OYUNLARI

Kseniya Poznyak məğlubiyyətin səbəblərini açıqladı

“Biz matçın gərgin keçəcəyini gözləyirdik. Bilirdik ki, “Fənərbaxça” çox güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Kseniya Poznyak deyib.

 

Təcrübəli blokçu Çempionlar Liqasının II turunda Türkiyə “Fənərbaxça”sı ilə oyuna münasibət bildirib. Poznyakın sözlərinə görə, 1:3 hesabı ilə uduzduqları görüşdə zəif təsir bağışlamasalar da, son anda qeyri-dəqiqlik İstanbuldan xalsız dönmələrinə səbəb olub: “Biz rəqibdən daha yaxşı oynadıq. Lakin sonluğu istədiyimiz kimi gətirə bilmədik”.