17:57 27-11-2014
news_image
583
TOP OYUNLARI

Dövrəyə əzəli rəqiblər yekun vuracaq: Lider dəyişəcəkmi?

Sabah qadın voleybolçular arasında I dövrənin son turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, noyabrın 28-də başlayacaq V tur 2 gün sonra başa çatacaq.

 

Belə ki, tura “Azərreyl” – “Telekom” görüşü ilə start veriləcək. Çempionatda hələ də xal qazana bilməyən komandaların görüşünün maraqlı keçəcəyini gözləməyə dəyər. Çünki qalib gələcək tərəf ən azı I dövrəni sonuncu pillədə başa vurmayacaq.

 

Matça gəlincə, hər 2 klubun şansını eyni dəyərləndirmək olar. Əsasən gənclərdən qurulan komandalar sonadək döyüşməyi bacarırlar. Cütün taleyinin tay-brekdə də həll olunacağı istisna olunmur.

 

Tura əzəli rəqiblər - “Rabitə” – “Azəryol” görüşü ilə yekun vurulacaq. Görüş hər 2 kollektiv üçün xüsusi əhəmiyyətə malikdir. Çünki xal itirməyəcək klub mövsümün sürpriz komandası “Lokomotiv”i set fərqində qabaqlayıb, ilk pilləni ələ keçirəcək.

 

Son mövsümləri nəzərə alsaq, Azərbaycan çempionu cütün favoriti hesab olunur. Çempionlar Liqasında Kazan “Dinamo”su üzərində qazandıqları qələbə də düşərgələrində yüksək əhval-ruhiyyəyə yaradıb. Bunun üçün Dejan Brdjoviçin yetirmələri IV turda “Lokomotiv”ə gözlənilməz məğlubiyyətin qisasını əzəli rəqiblərindən almağa çalışacaqlar. Həmçinin, son illər dövrəni daima lider kimi başa vuran “Rabitə” ənənəsini davam etdirməyi hədəfləyib.

 

Lakin “Azəryol”un əvvəlki illərlə müqayisədə daha da güclənməsi və heyətinə ulduz voleybolçular cəmləməsi matçın asan keçməyəcəyindən xəbər verir. Çünki Aleksandr Çervyakovun yetirmələri çempionluq həsrətinə son qoymaq iddiasındadılar. Bunun üçün onlar da xal hesabını artırmağa səy göstərəcəklər. Matçın tay-brekə daşınması isə dövrənin son turunda istirahət edəcək “Lokomotiv”in zirvəni qoruması ilə nəticələnəcək.

 

28 noyabr

V tur

15:00. “Azərreyl” – “Telekom”

Voleybol Mərkəzi

 

30 noyabr

17:00. “Rabitə” – “Azəryol”

Gənclik Olimpiya İdman Kompleksi

 

 Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Lokomotiv

4

4

0

0

2

2

0

0

0

12-6

421-391

10

2.

Rabitə

3

2

1

2

0

0

1

0

0

8-3

259-222

7

3.

Azəryol

3

2

1

2

0

0

1

0

0

8-3

261-229

7

4.

Azərreyl

3

0

3

0

0

0

0

1

2

1-9

214-248

0

5.

Telekom

3

0

3

0

0

0

0

1

2

1-9

191-247

0