12:42 28-11-2014
news_image

Avropa çempionatında 10 medal

Türkiyənin Antalya şəhərində parataekvondo üzrə keçirilən 3-cü Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 12 idmançı ilə qatılan Azərbaycan millisi 3 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.

 

Belə ki, komandamızın heyətində Nicat Müslümov (75 kq, K42), Aleksandr Poleşuk (+75 kq), Aynur Məmmədova (58 kq, K44) Avropa çempionu tituluna yiyələniblər. Yalnız finalda məğlub olan Rövşən Qəhrəmanlı (61 kq, K44) və Rövşən Rzayev (75 kq, açıq kateqoriya) ikinci yerlə kifayətləniblər. Digər parataekvondoçularımızdan Namiq Abbasov (61 kq, K43), Bahar Şıxəliyeva (49 kq, K44), Devran Məsənov, Anar Hüseynov (hər ikisi 61 kq, K42) və Şamil Kərimov (61 kq, açıq kateqoriya) yarışı bürünc medalla başa vurublar.

 

Qeyd edək ki, 15 ölkədən qatıldığı qitə çempionatına 10 medal qazanan yığmamız kişilər arasında Rusiyadan sonra 2-ci yer, qadınlar arasında Rusiya və Türkiyədən sonra 3-cü olub.