14:30 28-11-2014
news_image
612
TOP OYUNLARI

Natalya Məmmədova: Borcumu hələ tam ödəməyiblər

“Hesabda irəlidəydik, amma sonradan konsentrasiyamızı itirdik. Rəqib özündə güc tapıb hesabı bərabərləşdirə bildi. Ümumiyyətlə, 2 set uduzub, sonra özünə gəlmək “Omiçka”ya xasdı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova deyib.

 

İsveçrənin “Volero” klubunun şərəfini qoruyan təcrübəli hücumçu Çempionlar Liqasının II turunda “Omiçka” ilə oyundan sonra fikirlərini açıqlayıb. O, narazı ayrıldığı komandanı 3:2 hesab ilə məğlub etmələrinin səbəblərini açıqlayıb: “2:0 hesabı ilə öndə olub, ardınca üstünlüyü əldən versək də, yaxşı ki, hər şey xeyrimizə qurtardı. Bizdə ehtiyat voleybolçular da belə oyuna hazır idilər. Elə bu da 5-ci hissədə özünü göstərdi və nəticədə lazımı əvəzetmələrlə görüşü xeyrimizə bitirdik. Məşqçi məndən rəqibin heyətindəki zədəliləri kimlə əvəz edə biləcəyini soruşdu”.

 

Ulduz oyunçu komandadan ayrılıb, “Volero”ya keçsə də, hələ də “Omiçka”nın borcunu tam ödəmədiyini deyib: “Maaşımla bağlı borclara gəlincə, ödənişlər indi başlayıb. Amma “Omiçka” mənə olan borcunu hələ tam ödəməyib. Buna baxmayaraq, yenidən Omska gəlmək xoş idi. Bu yaxşı haldı ki, azarkeşlər məni tanıyır, azarkeşlik edir və dəstəkləyirlər. “Omiçka” isə yenə də güclü komandadı”.