11:22 29-11-2014
news_image
834
TOP OYUNLARI

Azərbaycan millisi 12 top fərqi ilə uduzdu

Qadın həndbolçular arasında 2015-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, 4-cü qrupda yer alan Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşıb.

 

Qrup oyunlarına ev sahibliyi edən rəqiblə görüş məğlubiyyətlə başa çatıb. Rəfiqə Şabanovanın yetirmələri ilk hissədə 16:15 hesabı ilə öndə olsalar da, yekunda 12 top fərqilə uduzublar – 26:38.

 

Matçın bombardiri millimizin lideri Marina Tankaskaya olub. O, çexləri 8 dəfə cəzalandırıb.

 

Qeyd edək ki, komandamız növbəti oyununu Litvaya qarşı keçirəcək.