11:44 29-11-2014
news_image
976
TOP OYUNLARI

Çempionatımızın qızıl medalçısı Çempionlar Liqasının simvolik komandasında!

Avropa Voleybol Konfederasiyası (CEV) qadın klublar arasında Çempionlar Liqasının II turunun simvolik komandasını açıqlayıb. Apasport.az saytının məlumatına görə, CEV-in müəyyənləşdirdiyi “yeddilik”də “Rabitə”nin oyunçusu Tori Dikson da yer alıb.

 

22 yaşlı Azərbaycan çempionu 10 görüşün yekununa əsasən açıqlanan siyahıda 2 ən yaxşı blokçudan biri olub. CEV perspektivli amerikalı voleybolçumuzla yanaşı, bu mövqedə “Əczaçıbaşı”nın (Türkiyə) şərəfini qoruyan polşalı Maya Polyakı “keçilməz sədd” sayıb.

 

“Yeddilik”də II turda "Rabitə"nin 3:2 hesabı ilə məğlub etdiyi Kazan “Dinamo”sunun italiyalı hücumçusu Antonella Del Kore də yer alıb. Həmçinin, ön sahə oyunçuları arasında Tiyana Boşkoviçlə (“Partizan”, Serbiya) Yuliya Kutyukovaya (“Omiçka”, Rusiya) da yer verilib.

 

Turun toppaylayıcısı Eleonara Lo Byanko seçilib. “Fənərbaxça”nın şərəfini qoruyan italiyalı özünü “Azəryol”a 3:1 hesabı ilə qalib gəldikləri matçda yaxşı tərəfdən göstərib.

 

 

Ən yaxşı libero mövqeyində isə Anna Malova fərqlənib. Moskva “Dinamo”sunun şərəfini qoruyan rusiyalı əla qəbula görə simvolik komandanın “bəstəboyu” olub.