12:27 29-11-2014
news_image
497
TOP OYUNLARI

“Lokomotiv”də uğursuzluq yaşayan oyunçu Türkiyədə

“Lokomotiv”in sabiq voleybolçusu Prisilla Rivera özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 2013/2014 mövsümünü Bakı klubunda keçirən və bəslənilən ümidləri doğrultmayan Dominikan Respublikası yığmasının hücumçusu karyerasını Türkiyədə davam etdirəcək.

 

30 yaşlı oyunçu “Bursa BB” klubu ilə anlaşıb. O, ən azı mövsümün sonuna kimi bu komandanın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, hazırda Super Liqanın lideri olan “Lokomotiv” 2013/2014 mövsümündə uğursuz çıxışdan sonra bütün oyunçuları, o cümlədən baş məşqçini komandadan göndərmişdi.