13:13 30-11-2014
news_image
1648
DİGƏR NÖVLƏR

Bakı Olimpiya stadionundan MÖHTƏŞƏM GÖRÜNTÜLƏR - VİDEO

Stadionun fasadında müasir işıqlandırma sistemi quraşdırılıb 
 

Bakıda tikintisi yekunlaşmaq üzrə olan Olimpiya Stadionunda müasir işıqlandırma sistemi quraşdırılıb. Lent.az-ın məlumatına görə, bu işııqlandırma sistemi vasitəsi ilə stadionun fasadında istənilən görüntünü nümayiş etdirmək, eləcə də müxtəlif kompozisiyaları təqdim etmək mümkündür.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun layihələndirilməsinə 2008-ci ildən başlanılıb. 2011-ci ilin iyununda isə stadionun təməli qoyulub. 65 min tamaşaçı tutumlu stadionun tikintisi gələn ilin əvvəlində başa çatacaq. İlk dəfə keçiriləcək Avropa oyunlarının açılış və bağlanış mərasimləri də məhz bu arenada olacaq.

 

Olimpiya stadionunun möhtəşəm işıqlandırma sistemini əyani şəkildə əks etdirən video-nu təqdim edirik.