09:26 01-12-2014
news_image
504
TOP OYUNLARI

UEFA AFFA-nı mükafatlandırdı - FOTO

UEFA-nın futbol marketinqi ilə bağlı tədbiri keçirilib. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin yekunlarına həsr olunan mərasim Portuqaliyanın Kaşkayş şəhərində baş tutub.

 

Tədbirdə il ərzində diqqətçəkən fəaliyyəti ilə seçilən milli assosiasiyalar mükafatlandırılıb. AFFA da fərqlənənlər sırasında olub.

 

Qurum Grassroots marketinq sahəsində mükafatlandırılıb. Ölkəmizdə “3x3 Qızlar turniri” keçirilməsinə görə assosiasiyaya bu sahə üzrə Yaradıcılıq və İnnovasiya nominasiyası üzrə mükafat təqdim olunub.