09:42 01-12-2014
news_image
512
TOP OYUNLARI

Yığmamızın oyunçusu A seriyasında daha 1 pillə geri düşdü

Qadın voleybolçular arasında İtaliya A seriyasında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu “Forli” “İL Bisonte Firenze”ni qonaq edib.

 

Qarşılaşma təmsilçimizin komandası üçün yenə uğursuz alınıb. Onlar autsayderə də 0:3 (23:25; 18:25; 14:25) hesabı ilə uduzaraq, daha 1 pillə geriləyib. Aktivində 3 xalı olan “Forli” 12 klub arasında 11-ci yerə enib.

 

Qeyd edək ki, “İL Bisonte Firenze” ilə qarşılaşmada da əsas heyətdə yer alıb və 4 xal toplayıb.