11:04 01-12-2014
news_image
562
TOP OYUNLARI

Serbiyalı voleybolçu “Lokomotiv”dən ayrıldı - FOTO

Azərbaycan Super Liqasının lideri “Lokomotiv”də növbəti ayrılıq rəsmiləşib. Apasport.az saytının məlumatına görə, çexiyalı Sarka Kubinovanın ardınca serbiyalı İvana Dersilio ilə də müqavilə pozulub.

 

Belə ki, toppaylayıcı öz problemləri səbəbindən vətəninə qayıtmağı üstün tutmuşdusa, Dersilionun çıxışı baş məşqçi Teon Buijsi qane etməyib. Bu səbəbdən də 2 illik fasilədən sonra karyerasını bərpa edən Serbiya yığmasının sabiq oyunçu ilə razılaşmaya xitam verilib.

 

Qeyd edək ki, Dersilionun əvəzinə yeni hücumçunun alması istisna deyil.