16:34 01-12-2014
news_image
554
TOP OYUNLARI

İvana Dersilio “Lokomotiv”dən gedişinin səbəbini açıqladı: Klub prezidenti dedi ki...

Serbiyalı voleybolçu İvana Dersilio Bakının “Lokomotiv” klubundan narazılıqla ayrılıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu vətəninə döndükdən sonra müqaviləsinin qeyri-peşəkar səbəbdən pozulmasından şikayətlənib.

 

Dersilio bildirib ki, bu məsələdə müəyyən mənada komandanın baş məşqçisi Teon Buijsin də rolu var. Çünki klub rəhbərliyi serbiyalı ilə müqaviləyə xitam verərkən, hollandiyalı mütəxəssisin ondan xoşu gəlmədiyini deyib: “Klubla müqavilə imzaladığım vaxtdan oynamırdım və rəhbərlik mənimlə rəsmi razılaşmanı hansısa səbəb olmadan pozdu. Komandanın prezidenti mənə dedi ki, məşqçinin səndən xoşu gəlmir. Buna nə deyəcəyimi bilmirəm. Şükür Allaha ki, zədəli deyiləm. Hazırda müqavilə ilə bağlı təkliflər gözləyirəm”.

 

Maraqlıdı ki, İvana “Lokomotiv”dən ayrıldıqdan sonra “dəmiryolçular”ın CEV kubokunun 1/16 final mərhələsindəki rəqibi “Srvena Zvezda”nın düşərgəsinə yollanıb. O, “WorldofVolley”a açıqlamasında hələlik Belqrad təmsilçisi ilə məşqlərini davam etdirdiyini bildirib.