09:45 02-12-2014
news_image
504
TOP OYUNLARI

Millimizin hücumçusu meydana çıxmadan qələbə qazandı

Qadın voleybolçular arasında Polşa Orlen Liqasında növbəti turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, çempionatın IX həftəsində Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Atom” “Lodz”un qonağı olub.

 

Sopot təmsilçisi qələbə qazanmaqda çətinlik çəkməyib – 3:0 (25:20; 25:21; 26:24). Lakin asan oyuna baxmayaraq, Ağayeva meydana çıxmayıb. Əvvəlki görüşlərdə əvəzetmələrlə meydana çıxan Yana bu dəfə sonadək ehtiyat oyunçular skamyasında olub.

 

Tur çərçivəsində “Rabitə”nin Çempionlar Liqasında rəqibi olan “Ximik” də qələbəyə sevinib. Onlar “PGNİG Nafta”dan güclü olublar – 3:0 (25:17; 25:17; 25:8).

 

Qeyd edək ki, 9 turdan sonra aktivində 25 xalı olan “Ximik” turnir cədvəlinə başçılıq edir. Onlardan 5 xal geri qalan “Atom” isə 3-cü yerdədir.